Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib - QƏRAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Ceyhun Cəlilovun Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, həmin Qərarda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndini və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 54-cü maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin”.