"Biz sizin özünüzük" adlı konfrans keçirilib - VİDEO
14 ildir ki, aprel ayı dünyada autizm maarifləndirmə ayı kimi qeyd olunur. Bütün dünyada olduğu kimi ölkəmizdə də 21-ci əsrin ən qlobal problemlərindən hesab edilən autizm, xəstəlik deyil fərqlilikdir. Bu məqsədlə keçirilən "Biz sizin özünüzük" adlı konfransda autizm sindromuna bir daha diqqət çəkilib, bu cür uşaqlara dəstək və həssas münasibətin vacibliyindən danışılıb, xəstə olmayan, sadəcə öz yaşıdlarından fərqlənən bu cür uşaqlara həssas yanaşaraq, reabilitasiyaya erkən yaşda başlamağın faydası olduğunu diqqətə çatdırıblar.
NUHÇIXAN Ntv xəbərin Bakı bürosunun əməkdaşlarının konfransadan hazırladıqları videomaterialı təqdim edir.