Naxçıvan QHT-ləri ilə görüş keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, bu gün Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başlayacaq.
Açılış mərasimindən öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət olunub, önünə güllər düzülüb.
Proqramda iştirak edəcək heyətlə görüş təşkil olunub. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Günay Malikqızı, Naxçıvan MR-nın ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov və digər məsul şəxslər iştirak edib.
Görüşdə QHT-lərin cəmiyyətdə layiqli yer tutması, onların müsbət təşəbbüslərinin dəstəklənməsi bağlı Azərbaycan dövləti tərəfindən aparılan işlərin mahiyyəti, fəlsəfəsi izah olunub, QHT-lərin sualları cavablandırılıb və təklifləri dinlənilib.
QHT-lərin bilik və bacarıqları artırılmasının önəminə toxunulub, onlara “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı”nda uğurlar arzulanıb.