NUHÇIXAN xəbər verir ki, Sədərək rayon gəncləri Culfa rayonunda yerləşən “Əlincəqala” tarixi abidəsi və Xanəgah abidə kompleksində olublar.
"Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində onlar muzeyin eksponatları ilə tanış olublar .
Gənclər qalanın zirvəsinə qalxıb, burada xatirə şəkli çəkdiriblər.
Ekskursiya iştirakçıları daha sonra Xanəgah abidə kompleksini ziyarət ediblər. XII-XV əsrlərə aid edilən bu abidə kompleksində onlara məlumat verilib ki, hürufilik təliminin banilərindən olan Fəzlullah Nəiminin məzarı da burada yerləşir.