Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

A- A A+

İnsan genlərini tənzimləyən süni intellekt aləti hazırlanıb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, yeni ixtira xəstəliklərin müalicəsində daha sürətli və dəqiq nəticələr verə bilər.

ABŞ-da yerləşən Profluent startapı tərəfindən hazırlanmış alət təbiətdə mövcud olmayan molekullar istehsal edərək DNT-ni redaktə edir. Bu texnologiyanın “CRISPR” adlı gen redaktə üsuluna əsaslandığı izah edilir. Bakteriyaların viruslarla mübarizə apararkən istifadə etdiyi mexanizmdən təsirlənən bu sistemin ilk dəfə keçən il müalicə məqsədilə istifadəsinə icazə verilib. Bu texnikadan fərqli olaraq, yeni süni intellekt vasitəsi təbiətdə mövcud olmayan gen tənzimləyiciləri istehsal etməklə işləyir.

Kaliforniya San-Fransisko Universitetinin Biomühəndislik və Terapevtik Elmlər Departamentinin rəhbəri Ceyms Freyzer bildirib ki, bunlar Yer üzündə heç vaxt mövcud olmayan mexanizmlərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: