Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş konsert proqramı və atəşfəşanlıq olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 10-da Naxçıvan şəhərindəki Saat Meydanında Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş konsert proqramı və atəşfəşanlıq olub.
Möhtəşəm konsert proqramında tanınmış ulduzlar İlqar Muradov, Fidan Hacıyeva, Ehtiram Hüseynov, Sərxan Abdullayev, Tural Nəcəfov, Samir İsmayılov, İsrafil Qibləliyev, Aygün Zeynalova, Mübariz Əsgərov, İlkin Abdullayev, Gülyanaq Fərzəliyeva və Elvin Babaşov çıxış ediblər.