Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında vətəndaş qəbulu keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Şurada vətəndaşları qəbul edib.
Qəbul zamanı Şura sədri 30 vətəndaşın müraciətini dinləyib, qayğıları ilə maraqlanıb. Müraciətlər maddi yardım, iş və əmək münasibətləri habelə digər müxtəlif məsələlər ilə bağlı olub. Vətəndaşlar tərəfindən müraciət edilən məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb. Qəbula gələn vətəndaşlar müraciətlərinin cavablandırılmasına və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, hər həftənin cümə günü AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev saat 10:00-dan 12:00-dək vətəndaşları qəbul edir.