NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən Naxçıvan Biznes Mərkəzində 21 may saat 10:00-da baş tutacaq yarmarkaya Naxçıvan Muxtar Respublikasının işsiz və iş axtaran sakinləri dəvətlidirlər.
Naxçıvan şəhəri və Babək rayonunda yerləşən dövlət və özəl müəssisələrindən vakansiyalar muxtar respublika sakinlərinə təqdim ediləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Yarmarkada iştirak edən şəxslərə vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat təqdim olunacaq.