Naxçıvanda Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərinə mediatur təşkil edilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərinə mediatur təşkil edilib.

Ölkəmizdə formalaşmış müasir vergi inzibatçılığının və şəffaflaşma siyasətinin davamı olaraq muxtar respublikada sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin tam şəffaflaşdırılması məqsədilə istifadəyə verilmiş Vergi Ödəyicilərinə Xidmət Mərkəzləri ilə tanışlıq zamanı mətbuat və media nümayəndələrinə bildirilib ki, muxtar respublikada 3 xidmət mərkəzi, həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Babək şəhərində bu cür xidmət  mərkəzinin tikintisi sürətlə davam etdirilir və bu Mərkəz fəaliyyətə başladıqdan sonra muxtar respublika üzrə xidmət mərkəzlərinin sayı 4-ə çatdırılacaqdır. 

Qeyd olunub ki, Mərkəzlərin imkanlarından respublika üzrə bütün vergi ödəyiciləri, o cümlədən Naxçıvan Şəhər və Ərazi Vergilər İdarələri üzrə vergi ödəyiciləri tam şəkildə yararlana bilər.  Gün ərzində Mərkəzlərin hər biri tərəfindən təxminən 150-dək şəxsin qəbul edilməsi və həmin şəxslərə müxtəlif xidmətlərin göstərilməsi mümkündür. 

Xidmət mərkəzlərində vətəndaşlara Vergi orqanlarında uçot haqqında şəhadətnamənin və həmin şəhadətnamənin yeni nüsxəsinin  verilməsi, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi, ASAN imza sertifikatı xidmətlərinin göstərilməsi, hazır sənədlərin götürülməsi və vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı məlumatların verilməsi  xidmətləri göstərilir. 

Həmçinin mərkəzlərdə ərizələrin hazırlanmasına və Elektron xidmətlərdən istifadəyə köməklik (Bəyannamələrin tərtib edilməsi və göndərilməsi, onlayn POS-terminalları qeydiyyatı, fiziki şəxsin uçotunun onlayn ləğvi, fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması, nəzarət kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatıdan çıxarılması və s) göstərilir.

Nəzərə çatdırılıb ki, Mərkəzlərdə 
şəhid ailələləri və qazilərin, məhdud fiziki imkanlı şəxslərin xidmətlərdən növbədənkənar yararlanması üçün xidməti otaq da yaradılmışdır. Bununla yanaşı mərkəzdə özünəxidmət masaları da mövcuddur ki, vergi ödəyiciləri öz hesabatlarını təqdim edə və  hazır sənədləri çap edə bilirlər.

Mərkəzlərdə, vətəndaş məmnunluğunun artırılması məqsədilə könüllük fəaliyyəti təşkil olunmuşdur. Könüllülər Mərkəzlərə müraciət edən vətəndaşları qarşılayır, onlara müxtəlif vergi xidmətlərdən yararlanması üçün köməklik göstərirlər.

Sahibkarlara bütün növ vergi xidməytlərinin təqdim olunduğu Mərkəzlərdə xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik Mərkəzlərin əsas üstünlükləridir. 2024-cü ilin fevral ayının sonunda istifadəyə verilən Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən mart - aprel aylarında 3.227 şəxs qəbul edilib və onlara 4.127 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xidmət strukturları tərəfindən göstərilən xidmətərin sayından 1,1 dəfə çoxdur. Xidmət mərkəzlərində vergi ödəyicilərinin üzbəüz xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edib.
Mediatur iştirakşıları Xidmət mərkəzlərinin tikintisi ilə bağlı videoroliki izləyib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: