Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıb

A- A A+

Son bir həftədə (11-18 may) azad edilən ərazilərdə xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 ədəd bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6 480 ədəd müxtəlif çaplı patron, 15 ədəd süngü-bıçaq, 1 ədəd videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisindən isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: