Naxçıvan MR Ali Məclisinin yaz sessiyasının vaxtı məlum olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

NUHÇIXAN xəbər verir ki, mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (I oxunuş) və “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (I oxunuş) müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: