Bu ilin dörd ayında DSMF-də 95 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

A- A A+

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 94 min 963 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Bu barədə NUHÇIXAN-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 85 min 285-i rəsmi məktub və telefon zəngi, 9 min 678-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: