Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, hadisə Şahbuz rayonunun Külüs kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Şahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci il təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. 

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: