Əshabi-Kəhf yolu yenidən qurulur - VİDEO
Naxçıvanda ən çox ziyarət olunan ünvanlardan biri, heç şübhəsiz dini-mədəni abidə kompleksimiz olan “Əshabi-Kəhf” Ziyarətgahıdır. Hər gün yüzlərlə sakinin, yerli və xarici qonaqların ziyarət etdiyi bu müqəddəs məkana gediş-gəlişin daha rahat və təhlükəsiz olması üçün artıq bir neçə aydır ki, ziyarətgah yolunda əsaslı yenidən qurma işləri aparılır.
“Əshabi-kəhf” Ziyarətgahı Dini-Mədəni abidə Kompleksinə gedən yol 1998-ci ildən istismardadır. Ötən müddətdə yararsız hala düşən yolun yenidən qurulması işləri artıq 4 aydan çoxdur ki, davam edir.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: