Laçın sakini: Uzun illərdir bu günləri həsrətlə gözləyirdik

A- A A+

Doğma yurduma çatmaq üçün səbirsizlənirəm. Uzun illərdir bu günləri həsrətlə gözləyirdik.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Bakıdan Laçın rayonunun Sus kəndinə yola düşən keçmiş məcburi köçkün Sürayə Ağayeva söyləyib.

"Dövlətimiz bizim üçün Bakıda bütün şərait yaratsa da, doğma torpaq məni çəkir. Doğma el-obama - Laçın rayonuna, öz kəndimə qayıdıram. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm", - deyə Sus sakini əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: