Bu gündən bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

A- A A+

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin 2024-cü ilin iyul ayından etibarən başlaması planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: