“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində markalar buraxıb

A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb.

NUHÇIXAN bu barədə nazirliyə istinadən xəbər verir.

Xatırladaq ki, Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. “Azərpoçt” bu fəaliyyətə töhfə vermək üçün bir sıra tədbir və layihələr həyata keçirir. Bunlardan biri bir neçə nominalda “Yaşıl dünya naminə həmrəylik ili” mövzulu standart poçt markaları və markalı zərflərin dövriyyəyə buraxılmasıdır.

Marka üzərində alternativ enerji və təkrar emal elementləri əks olunub, marka özü isə flora aləminin rəng simvolu olan yaşıl rəngdə hazırlanıb.

Poçtun istifadəsində olacaq bu markalar, eləcə də zərflər daxili və xarici göndərişlərin istifadəsi üçün nəzərdə tutulub.

İl ərzində bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: