Naxçıvanda liseylərə ərizə qəbuluna başlanılıb - VİDEO

A- A A+

2024-2025-ci tədris ili üzrə Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə ərizə qəbuluna başlanılıb. Ərizə qəbulu ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.

 

Sənəd qəbulundan sonra şagirdlər mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri liseyin seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək.

 

Naxçıvan MR Təhsil Nazirliyinin əməkdaşı Ayşənur Salmanlı bildirib ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı iyunun 21-i, Naxçıvan Qızlar Liseyinə isə  iyunun 23-ü həyata keçiriləcək.

 

Qeyd edək ki, şəhər və rayon təhsil şöbələrində valideynlərə  kömək məqsədilə dəstək mərkəzləri də yaradılıb. Ərizə qəbulunda valideynlər hər hansı çətinliklə qarşılaşarsa dəstək mərkəzlərinə müraciət edə bilərlər. Ərizə qəbulu mayın 20-dən iyunun 13-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: