Şərur rayonunda növbəti humanitar aksiyaya start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti Şərur rayonunda növbəti humanitar aksiyaya start verib.
Aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edib.Müraciət edən pasiyentlərin tibbi müayinələrdən keçirilməsi və cərrahi əməliyyatların reallaşdırılması üçün Şərur Rayon Mərkəzi Xəstəxanasında lazımi şərait yaradılıb.
Cərrah, lor, terapevt həkimlərdən təşkil olunan briqada tərəfindən pasientlərin müayinə və müalicəsini həyata keçirib.Aztəminatlı ailələrin üzvlərinin də müayinəsi zamanı cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində əməliyyatlar aparılıb.
Aksiyada Şərur Rayon Mərkəzi xəstəxanasının tibbi heyəti də Bakıdan gələn yüksəkixtisaslı həkimlərlə birgə cərrahi əməliyyatlarda iştirak ediblər. Xəstələr həkim nəzarəti altında müşahidədə saxlanıldıqdan sonra evə buraxılıblar.
Qeyd edək ki, humanitar aksiya yanvarın 15-dək davam etdiriləcək .
Cavid Səfərli