NUHÇIXAN xəbər verir ki, qrafoloqların fikrinə görə insanın xətti onun xasiyyətindən xəbər verə bilər.
Lakin xəttimiz tək xasiyyətimizdən deyil, bizdə olan bəzi xəstəliklərdən də xəbər verir. Bu çox vacibdir. Bəzən xəttin dəyişilməsi çox ağır xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən xəttinizdə ciddi dəyişikliklər görürsünüzsə, vaxt itirmədən həkimə müraciət edin.
Belə ki, çox ağır nevroloji xəstəliyi olan Parkinson xəstəliyi zamanı xəstənin xətti kiçilir, demək olar mikroskopik olur.
Alsgeymer xəstəliyi zamanı insanın bir mətndə xətti gah enli olur, sözlər uzanır, gah da çox sıx olur, hərflər biri birinin üstünə çıxır.
Xoreya xəstəliyi (nevroloji xəstəlik) zamanı xəstənin xətti əyri olur, hərflər sanki "rəqs edir".
İnsan hərfləri biri birindən aralı yazırsa, bu depressiyanın əlaməti ola bilər.
Nevroz, isteriya zamanı xəstə qələmə güclü təzyiq edir ki, bəzən kağız hətta cırılır.