Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Naxçıvanın 100 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Naxçıvanın 100 illiyinə həsr olunan tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Fariz Yunisli, Hüseyn Bağıroğlu, İbrahim Yusifoğlu, Allahverdi Aqil, Adilə Nəzər, Məmməd Tahir çıxış ediblər.

Çıxışçılar Naxçıvanın inkişaf yolundan, tarixindən, mədəniyyətindən bəhs ediblər. 

Bildiriblər ki, Naxçıvanda gedən mədəni proseslərin artıq geniş auditoriyaya çıxması Naxçıvan əhalisinin sevincinə səbəb olur.     

Filologiya elmləri doktoru, yazıçı Zülfiyyə Əsgərzadə Bizim.Media-ya bildirib ki, bu günlər naxçıvanlılar üçün ikiqat bayramdır:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü ildə Naxçıvanın 100 illiyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu, bizim ikiqat bayramımızdır. Çünki artıq Azərbaycanın zəfərini yaşayırıq. Biz də elm adamları olaraq Naxçıvanın inkişafına öz töhfələrimizi verməkdən qürur duyuruq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: