NUHÇIXAN xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Nurlana Qədirova (ad şərti verilib) yaşadığı evdə intihar edib.
İlkin məlumata görə, Nurlana Qədirova 1 həftə öncə əməliyyat olunub və psixoloji tərəfdən əziyyət çəkirmiş. Hədsiz ağrıları olan 59 yaşlı qadın intihar edib.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.