Naxçıvanda könüllü qanvermə aksiyası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Naxçıvan Muxtar Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Səhiyyə Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə keçirilən qanvermə aksiyasının məqsədi talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələrə, o cümlədən uşaqlara dəstək olmaq və onların qana olan ehtiyaclarını ödəməkdir.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, qanvermə aksiyasında 52 nəfər iştirak edib, 26 litr qan toplanılıb.