Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin küçə və prospektlərində “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Yol hərəkəti qaydalarını uşaqlardan öyrənək” adlı maarifləndirici aksiya keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, layihənin əsas məqsədi yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub. Polis geyimində olan azyaşlılar yol hərəkəti iştirakçıları ilə yol hərəkəti qaydaları, piyadaların vəzifələri, təhlükəsiz davranış vərdişləri mövzularında söhbətlər apararaq maarifləndirici bukletlər təqdim ediblər.

Yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhət veriblər. Həmçinin aksiyada sürücülərə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat zədələnmələrinin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: