Bildirim ki, bütün tarixi dönəmlərdə məmləkətimiz çoxmillətli əhalisi olan ölkə kimi özünü təsdiq edib. Bu millətlər içərisində say çoxluğu təşkil edən ruslar, demək olar ki, 180 ildən artıq olaraq ölkəmizdə məskunlaşıblar. Müxtəlif tarixi-siyasi səbəblərdən Azərbaycanda yaşamağa başlayan yüz minlərlə rus əhalisi bu gün haqlı olaraq buranı özünün doğma vətəni kimi sevir. Onlar da zaman-zaman xaqlımızın başına gətirilən haqsızlığa boyun əyməmiş ölkəmizin müdafiəsində ayağa qalxaraq fədakarlıq, qəhrəmanlıq göstərmişdir. Torpaqlarımızın erməni işğalından azad edilməsində əsl vətənpərvərlik nümunəsi göstərən Milli qəhrəmanlarımız - Yuri Kovalyov, Yevgeni Karlov, Viktor Seryoqin, Sergey Senyuşkin kimi qeyrətli vətəndaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmişdir.
Qeyd edim ki, qəhərmanlarımızdan biri olan Yevgeni Karlovun bu gün doğum günüdür. 1960-cı il may ayının 31-dә Rusiya Federasiyası Tula vilayәtinin Dubovka qәsәbәsindә anadan olan Yevgeni orta tәhsilini də bu qəsəbədə başa vurur. 1977-ci ildə hərbi xidmətini yerinə yetirib, ordu sıralarından təxris olunan qəhrəmanımız təhsilini davam etdirərək Sızran Ali Hәrbi Tәyyarәçilәr Mәktәbinә daxil olur, burada o, Mİ-24 vertolyotunun sirlәrini dərindən öyrənir. Tәhsilini başa vurub, tәlimatçı-tәyyarәçi kimi çalışmağa başlayan Yevgeni Karlov Azәrbaycan Respublikası Silahlı Qüvvələrində işlәmәyi qәrara alır. Əvvәlcә Sәngәçalda, sonra isә Bakıda yerlәşәn hәrbi hissәlәrdә tәlimatçı-pilot kimi çalışan qəhrəmanımız ermənilərin azərbaycanlılara etdiyi haqsızlıqlara göz yummayaraq məskən salıb, yaşadığı ölkəsinə sadiqliyini bildirir. 1992-ci ildən dinc əhaliyə hücuma keçən düşmənə bir vətəndaş olaraq layiqli cavab verməyi özünə borc bilir. Kapitan rütbəsinəcən yüksələn Yevgeni Karlov xidmәt etdiyi hәrbi hissәnin tәrkibindә dәfәlәrlә Ağdam, Ağdәrә, Füzuli bölgәlәrindә gedәn ağır döyüşlәrdә iştirak edərək, hərbi biliyi və döyüş bacarığı ilə düşmənə bir çox zərbələr endirilməsində igidlik göstərir. “Bura bizim də doğma vətənimizdir”, -deyən qəhrəmanımız 1992-ci il aprelin 11-dә gecə saatlarında hücma başlayan düşmənə əks-cavabın verilməsində şücaətlər göstərərək Füzuli istiqamәtindә gedәn döyüşdә şəhidlik zirvəsinə yüksəlir. Qəhrəmanımız doğulduğu Dubovka qәsәbәsindә dәfn edilir.
İki övlad atası olan Karlov Yevgeni Nikolayeviç ölümündәn sonra torpaqlarımızın düşməndən azad olunmasında göstərdiyi igidliyə görə Azәrbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fәrmanı ilә Azәrbaycanın Milli Qәhrәmanı adına layiq görülür.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı