Naxçıvanda cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum valideynlər ilə uşaqlarının görüşü təşkil olunub - VİDEO

A- A A+

NUHÇIXAN  xəbər verir ki, tədbir “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi,  18 may-18 iyun İnsan hüquqları ayı çərçivəsində və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bayram münasibəti ilə uşaqları və onların valideynlərini təbrik edərək Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı uşaq siyasətinin dövlət başçısı İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan,  azad olunmuş torpaqlarımızda uşaqlarımızı nəzərə alaraq ilk növbədə məktəb və uşaq baxçalarının, idman meydançalarının tikilməsindən danışmış, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinin təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan şəhər Mədəniyyət İdarəsinin “Araz” ansanblı konsert proqramı ilə çıxış etmiş, Məmməd Tağı Sidqi adına 

Naxçıvan Dövlət Kukla teatrının şən klonları tədbiri canlandıraraq  uşaqlar üçün əyləncəli və yadda qalan etdilər.
Uşaqların yaradıcı potensialının, şəkil çəkmək bacarıqlarını nümayiş etdirmələri üçün onlara rəngli qələmlər və albomlar verildi, onlar valideyinləri ilə birlikdə rəsm çəkiblər. 

Sonda isə Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram münasibəti ilə  müxtəlif hədiyyələr verilib.

Qadın məhkumlara uzaqda olan uşaqları ilə video görüntü vasitəsi ilə əlaqə saxlamaq şəraiti də yaradılıb, onlar öz övladlarının bayramını təbrik ediblər.

Tədbirdə 12 nəfər məhkum və 14 uşaq iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: