Naxçıvanda ənənəvi GÖYCƏ FESTİVALI keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 19-u və 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət  nazirlikləri, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçiriləcək .

Festivalın açılışı may ayının 19-da saat 1100-da olacaq.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalı özünün rəngarəngliyi və müxtəlifliyi ilə Sizdə xoş ovqat yaradacaq.

Qeyd edək ki, Naxçıvanda ötən illərdə də Göycə Festivalı keçirilib. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: