“Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 20 may tarixli Fərmanının və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən sərəncamlar imzalanıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, adıçəkilən sərəncamlara əsasən müvafiq qurumlar tərəfindən qeyd olunan müddət ərzində fərmanların icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə Nazirlər Kabinetinə məlumat verilməlidir.