Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçiriləcək

A- A A+

İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək. 

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib.

Qeyd olunub ki, festival-konqresdə Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəniyyət, mədəni irs, tarixi keçmişimiz təbliğ ediləcək.

Həmçinin festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Eyni zamanda  Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur. 

Qərbi Azərbaycanın 11 mahalını canlandıran çadırlar qurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: