Naxçıvan Daxili İşlər Nazirliyinə 10 yeni nəqliyyat vasitəsi təqdim olunub - VİDEO
Son illər ölkəmizdə polis orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq növbəti dəfə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtobuslar təqdim olunub.
Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 ədəd "Hyundai County" markalı xidməti avtobus göndərilib.
Bu gün həmin xidməti avtobuslar müvafiq qurumların istifadəsinə verilib.
Qeyd edək ki, nazirliyə təqdim edilən "Hyundai County" markalı nəqliyyat vasitəsi 29 sərnişin yerlikdir. 2024-cü il istehsalı olan müasir təchizatlı avtobuslar şəxsi heyətin daşınması üçün nəzərdə tutulub.