Türkiyənin ilk azərbaycanlı astronavtı: Türkiyə və Azərbaycan bayraqlarını özümlə aparacağam

A- A A+

ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever bildirib ki, iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.

NUHÇIXAN xəbər verir ki, T.C.Atasever “Anadolu” agentliyinə müsahibəsində anasının Azərbaycandan olduğunu xatırladıb.

“Missiya zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın aprel ayında “TEKNOFEST” festivalı çərçivəsində mənə verdiyi Türkiyə bayrağı da mənimlə olacaq. Anamın Vətəni olan Azərbaycanın bayrağını da özümlə aparacağam. Hər iki bayraq sinəmdə parlayacaq”, - deyə gənc astronavt bildirib.

Astronavt vurğulayıb: “Türkiyə və Azərbaycan bayraqları hər zaman xalqlarımızın qardaşlığını və bir-birinə dəstəyini simvolizə edərək bərabər dalğalandıqları kimi, kosmik missiyada da birlikdə olacaqlar”.

T. C. Atasever bildirib ki, missiya ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.

Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: