Naxçıvanda 11,3 min pensiya, müavinət və təqaüd təyinatı e-sistemlə proaktiv qaydada aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi muxtar respublikada ötən ildən sosial ödənişlərin proaktiv təyinatını həyata keçirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada 11,3 min pensiya, müavinət və təqaüd təyinatı e-sistem vasitəsilə proaktiv qaydada aparılıb.

Beləliklə, həmin sosial ödənişlər onları almağa hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada təyin edilib.

Naxçıvan Muxtar Respublikasında da e-sosial.az portalı vasitəsilə pensiya barədə məlumat ala bilmək, e-arayışlar əldə etmək və sair e-xidmətlərdən istifadə imkanları yaradılıb.

Həmçinin son günlər “Ünvanlı yardım” e-sisteminin yenidən qurulması nəticəsində sosial yardım üçün müraciət proseduru təkmilləşdirilib.

Bunun nəticəsində muxtar respublikanın sakinləri də ünvanlı yardım üçün müraciət edərkən “Ərizə-bəyannamə”də bir çox məlumatların qeyd edilməsi tələb olunmur. Bu məlumatlar e-sistem tərəfindən müvafiq qurumların informasiya sistemlərindən əldə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: