Şərurda şəhid ailələri və qazilər üçün təlim keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırdığı layihənin icrası davam etdirilir. Layihə çərçivəsində ikinci təlim Şərur rayonunda keçirilib.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Davıdov açaraq qonaqları salamlayıb.
Layihə rəhbəri, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi İdarə Heyətinin sədri Emin Tarverdiyev çıxış edərək İctimai Birliyin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi sosial təşəbbüslərdən danışıb. Qeyd edib ki, layihə çərçivəsində muxtar respublikanın bölgələrində şəhid ailələrinin üzvlərindən və qazilərdən ibarət qruplara təlimlər keçirilir. Birliyin təşkil etdiyi belə tədbirlərin qazi və şəhid ailələri üçün zəruriliyinə toxunulub və qeyd edilib ki, layihə çərçivəsində onların məşğulluğunun təmin edilməsinə dəstək göstəriləcək, maddi gəlirləri artacaq.
Sonra təlimçi Vüsal Novruzov layihənin məqsədi barədə məlumat verib, iştirakçılara biznesin qurulması yolları izah edilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, ətraflı müzakirələr aparılıb.