NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı kitab çapdan çıxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış kitabda “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı -2018”in açılış və bağlanış tədbirləri, Təşkilat Komitəsinin iclasları və konfranslar haqqında məlumat verilir. Kitabda keçirilən tədbirlərə aid fotoşəkillər də yerləşdirilib.