Ərəfsə kənd avtomobil yolunda yaranan məhdudiyyətlər aradan qaldırılıb - FOTOLAR

A- A A+

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, intensiv yağıntılar nəticəsində yaranan sel suları Culfa rayonunun Ərəfsə kənd avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hisssəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib və yolun bəzi hissələri yararsız hala düşüb. 

Sözügedən yolda yaranmış problemlə bağlı əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. 

Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl  təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. 

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: