Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 26 noyabr tarixli Qərarında dəyişiklik edilərək “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsi həmin siyahıdan çıxarılıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, eyni zamanda, “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsinin işçiləri üçün stimullaşdırıcı əlavələrin həddinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli Qərarı ləğv edilib.