Naxçıvanda ət satışı ilə məşğul olan ticarət obyektlərində qiymətlə bağlı monitorinqlər keçirilir

A- A A+

Qarşıdan gələn Qurban bayramı ərəfəsində iribuynuzlu və xırdabuynuzlu heyvan ətinə tələbat artmaqdadır. NUHÇIXAN xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən, iyunun 10-dan etibarən muxtar respublika ərazisində təzə ət satışı ilə məşğul olan ticarət subyektlərində və bazarlarda monitorinqlərə başlanılıb. 

Qeyd edək ki, monitorinqlər təzə ətin satışı zamanı ticarət qaydalarına və qiymət intizamına əməl olunmasına nəzarət məqsədi ilə keçirilir.

Xidmət tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara və satıcılara tövsiyyə olunur ki, Qurban bayramı və digər günlərində ət satışı ilə məşğul olan zaman ticarət qaydalarına əməl etsinlər, keyfiyyətsiz və əsassız olaraq baha qiymətlərlə məhsul satışına yol verməsinlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: