Culfanın Bənəniyar kəndinə yeni suvarma su xətti çəkilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Bənəniyar kəndinin suvarma su təminatının yaxşılaşdırılması üçün yeni suvarma boru xəttinin çəkilişinə başlanılıb.

Agentliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, idarə əməkdaşları tərəfindən diametri 355 millimetr olan plastik borularla 4000 metr uzunluğunda boru xəttinin çəkilişi aparılır.

Su Bənəniyar gölündən nasos vasitəsilə vurularaq kəndin suvarma suyuna tələbatını təmin edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: