Culfada kombayn və taxıl sahəsi yanıb

A- A A+

Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğın baş verib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kombaynın saman toplayan hissəsində yığılan saman və 50 kvadrat metr biçilmiş taxıl sahəsi yanıb, kombaynın digər hissələri və biçilməmiş taxıl sahəsi yanğından mühafizə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: