Naxçıvan Baş Gömrük İdarəsində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Baş Gömrük İdarəsində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək əlamətdar günün əhəmiyyətindən bəhs edib, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyun gününün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Qeyd olunub ki, məhz həmin tarixdən etibarən Ümmummilli Liderin xilaskarlıq missiyası, zəngin dövlət idarəçiliyi təcrübəsi, qətiyyəti, əvəzsiz xidmətləri hesabına daxili və xarici təhlükələrin qarşısı alındı, müstəqilliyimizə yönələn təhlükələr aradan qaldırıldı və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.

Hazırda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyi və Azərbaycanın regionda lider dövlətə çevrildiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda Ümummili Liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: