“Kalba Rüstəm” kəhrizində cari təmir-bərpa işləri aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Kəhrizlər İdarəsi tərəfindən Kəngərli rayonunun Təzəkənd kəndində yerləşən Kalba Rüstəm kəhrizi təmir edilib. Agentlikdən NUHÇIXAN-a verilən məlumata görə, kəhrizin təmirdən əvvəl su sərfi 0 olduğu halda, təmirdən sonra su sərfi 4 litr/san təşkil edir.
Təmir zamanı kəhriz kürələri uçqunlardan və lil töküntülərdən təmizlənib, quyularda olan uçqunlar bərpa olunub, 5 metr yeni saybənd divar hörülərək suya sərbəst axın verilib.