“Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıqlar yekunlaşmaq üzrədir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıqlar yekunlaşmaq üzrədir. Artıq Qərbi Azərbaycanın 11 mahalını canlandıran çadırlar qurulub.
Qeyd edək ki, festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Eyni zamanda Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur.