Aqil Abbas Naxçıvanda gənclərlə görüşüb - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclik mərkəzində dövlət xadimi, yazıçı, jurnalist, Milli Məclisin deputatı Aqil Abbasla görüş keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səsləndirilib.

Görüşdə Milli Məclisin deputatı Cəbi Quliyev, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan Filialının direktoru Arzu Qasımov çıxış edərək Aqil Abbasın özünəməxsus üslubundan söz açıb, yaradıcılığının ana xəttinin vətənpərvərlik və milli təəssübkeşlik olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Aqil Abbas müasir Azərbaycan jurnalistikasının və çağdaş ədəbiyyatımızın sevilən nümayəndələrindən biridir. Müəllifin qələmə aldığı hər bir hekayə və povestdə Azərbaycan xalqının mübarizlik əzmi, Qarabağ həsrəti, azadlıq hissi və düşmənə qarşı qisas yanğısı öz bədii qüdrətini qoruyub saxlayır. Onun Qarabağla bağlı işıq üzü görən bir çox yaradıcılıq nümunələri 30 il düşmən işğalında olan torpaqlarımızın azad olunmasına xalq inamının yaranmasında, o cümlədən milli ruhun saxlanılmasında və qələbə əzminin formalaşmasında böyük rol oynayıb. Ümumilikdə onun həyatı və yaradıcılıq yolu ölkəmizin siyasi və mədəni həyatında mühüm rol oynayır.

Yazçı, jurnalist Aqil Abbas gənclərlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb. Gənclər Aqil Abbasın “Dolu”, “Ölülər”, “Qarda açan qan çiçəyi” kimi böyük ictimai marağa səbəb olan əsərlərindən söz açıblar.

Sonra yazıçı Vətən müharibəsində qəhrəmanlıqla döyüşən qazilərimizlə görüşüb, onlara və digər tədbir iştirakçılarına müəllifi olduğu kitablardan hədiyyə edib.

Sonda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “Dolu” filmi ümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: