Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib - FOTOLAR

A- A A+

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3 895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: