Adət-ənənəsi olan xalq qədimdir və onun yeri-yurdu qədimdir

A- A A+

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru dosent Aytən Cəfərova deyib.

O, bildirib ki, bu gün biz həqiqətən də çox coşğulu, çox gözəl bir gündə bir yerdəyik. Qərbi Azərbaycandan olan bir cütlüyün toy mərasiminin təşkil olunması bu Konqres festivalda çox böyük mahiyyət daşıyır. Çünki, Qərbi Azərbaycanlılar baxmayaraq öz doğma yurdlarından dəfələrlə deportasiya olunub qaçqın düşüblər amma onlar heç vaxt öz adət-ənənələrini unutmayıblar. Bu gün təqdim olunan toy mərasimində də Qərbi Azərbaycanlıların xarakterik mərasimləri, düşüncələrini ifadə edən adət-ənənələri icra olunur. Qərbi Azərbaycanlılar bu gün məskunlaşdıqları ərzilərdə bu adət ənənələri icra edirlər. Və məqsəd odur ki, biz dünyaya öz mesajımızı çatdırırıq. Yəni Qərbi Azərbaycanlılar həqiqətən də öz doğma əzəli və əbədi yurd-yuvalarından qaçqın düşməklərinə baxmayaraq adət-ənənələrini unutmayıblar. Məhz xalqın sevincli gününü ifadə edən toy mərasimi vasitəsi ilə biz onlara öz mesajımızı çatdırırıq. Və bu mərasimlərində özünün böyük mahiyyəti var.

Bu gün Qərbi Azərbaycanlıların toy adət-ənənələri içərisində özünəməxsus məqamları ifadə edən tərəflər və ümumi Azərbaycan konteksində icra olunan adət-ənənələr var. Biz bu gün həmin toy mərasimində fərdi olaraq Qərbi Azərbaycanlarılara məxsus olan paltarbiçmə və digər adət-ənənələrin icrasını görürük. Hansı ki, bu gün həmin o paltarbiçmə adəti Azərbaycanın digər regionlarında da var. Amma təəssüflər olsun ki, bugün həmin adətlər unudulmaq üzrədir. Amma Qərbi Azərbaycanlıların heç biri o adətləri unutmur və bu gün onu sevə-sevə icra edirlər.

Qız bəyənmə mərasimindən başlayaraq ta ki, toyun axırıncı mərhələsi olan oğlan toy mərasiminə qədər özünəməxsus məqamlar var. Bu gün düzdü bunların hamısını burada geniş şəkildə təqdim etmək mümkün deyil. Amma ümumi şəkildə təqdim edərək Azərbaycanın əsasda Qərbi Azərbaycanlıların qədim adət-ənənəyə, qədim fəlsəfi dünyagörüşə məxsus olduqlarını dünyaya bir daha sübut etməklə öz mesajımızı çatdırırıq. Çünki adət-ənənəsi olan xalq qədimdir və onun yeri-yurdu qədimdir. Biz bunları göstərməklə, biz bunları çatdırmaqla öz əzəli, əbədi torpaqlarımıza qayıtmaq arzumuzu, istəyimizi və tələbimizi ifadə etmiş oluruq. Həqiqətən bugün çox çoşğulu gündür. Hər kəsə bu coşğulu gündə şənlənməyi, sevinməyi və Azərbaycan xalqına həmişə belə xoşbəxt olmağı arzulayırıq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: