DSMF: May ayında 43 mindən çox vətəndaş qəbul edilib

A- A A+

Bu ilin may ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 43 min 720 nəfər vətəndaş qəbul edilib.

Bu barədə NUHÇIXAN-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Onların 17 min 355-i pensiya, 10 min 957-si müavinət, 1 624-ü Prezident təqaüdü, 9 min 586-sı ünvanlı dövlət sosial yardımı, 1 358-i fərdi uçot və sosial sığorta, 237-si dövlət icbari şəxsi sığorta və 2 min 603-ü isə digər istiqamətlərlə bağlı olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: