Naxçıvan şəhərində və muxtar respublikanın üç rayonunda yanğınlar olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraçuq kəndində həyətyanı sahə və yardımçı tikilidə, Babək rayonu Kültəpə, Şərur rayonu Siyaqut, Yuxarı Aralıq kəndlərində, Kəngərli rayonu Qıvraq qəsəbəsində quru otlaq sahələrində, Kəngərli rayonu Şahtaxtı kəndində həyətyanı sahədə, Şərur rayonu Yengicə kəndində ot tayasında, Maxta kəndində isə məişət tullantıları poliqonunda yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar Naxçıvan şəhər, Şərur, Babək və Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: