Məktəblilər vətənpərvərlik ruhunda olan filmə baxıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 16№-li tam orta məktəbdə aprel döyüşlərində iştirak etmiş şəhid baş leytenant Toğrul Məmmədova həsr olunmuş “Vətən uğrunda” adlı sənədli film nümayiş olunub.

Məktəblilərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması və onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə nümayiş olunan sənədli filmdə şəhidin ailə üzvlərinin, dostlarının və müəllimlərinin xatirələri, təəssüratları lentə alınıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 şagird iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: