Naxçıvanda güclü külək rabitə infrastrukturuna ziyan vurub

A- A A+

Ötən gün axşam saatlarından başlayaraq muxtar respublikanın bir sıra rayonlarında hökm sürən qeyri-sabit hava bəzi fəsadlar törədib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, güclü külək nəticəsində Kəngərli rayonunun Şahtaxtı, Çalxanqala və Qarabağlar, Sədərək rayonunun Dəmirçi və Qaraağac, Şahbuz rayonunun Qızıl Qışlaq, Şada və Kolanı kəndlərində, o cümlədən Şərur rayonunun Zeyvə, Mahmudkənd, Yengicə, Qorçulu, Axaməd, Xanlıqlar, Muğancıq Mehrab, Püsyan və Çomaxtur kəndlərində iri gövdəli ağaclar aşaraq, infrastrukturun zədələnməsinə səbəb olub. 

Nəticədə bir sıra kənd və məhəllələrdə rabitə xidmətlərinin verilməsində fasilələr yaranıb.

Hazırda Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri tərəfindən təmir-bərpa işləri aparılır. Texnoloji infrastrukturun bərpası istiqamətində və digər zəruri tədbirlər görülməklə küləyin törətdiyi fəsadların aradan qaldırılması tədbirləri həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: