Məktəb psixoloqlarının kursu başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən məktəb psixoloqlarının kursu başa çatıb.

Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev təhsil ocağında sosioloji-psixoloji sahədə kadr hazırlığı məsələlərindən ətraflı bəhs edib, gələcəkdə bu sahədə peşəkar mütəxəssislərin hazırlanması üçün mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

İnstitutun prorektoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov qeyd edib ki, 30 saatlıq 5 kreditlik kurslar  2018-ci ilin dekabrın 17-dən 24-dək davam edib. Kurs ixtisasartırma təhsilinin birinci  moduluna uyğun olaraq peşə fəaliyyətinin ümumi əsasları üzrə aparılıb.  Kursda  müdavimlərə 50 sualdan ibarət test tapşırıqları təqdim olunub. Verilən cavabların nəticələrinə görə müdavimlər  birinci, ikinci və üçüncü dərəcəli sertifikatlar alıblar.

Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

                                                                                                                                                                                Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: